“Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib

“Coursera” onlayn təhsil platformasında “4Sİ Akademiyası” çərçivəsində təqdim olunan “Milli Proqram”ın interfeysi artıq Azərbaycan dilində istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə həyata keçirilən bu təşəbbüs platformadan istifadə edən vətəndaşlar üçün öyrənmə prosesini daha da rahat və səmərəli etmək məqsədi daşıyır. İnterfeysin Azərbaycan dilində olması vətəndaşların qlobal biliklərə çıxışını asanlaşdırararq təhsil imkanlarını genişləndirəcəkdir. Qeyd edək ki, daha əvvəl “Milli Proqram” çərçivəsində platformada təqdim olunan 2500-dən çox təlim ana dilimizə altyazı ilə tərcümə edilmiş, ən çox tələbat olan 15 təlim isə “deep fake” texnologiyası vasitəsilə dublyaj olunmuşdu (kursların siyahısı — https://bit.ly/4ogG5Mw). 4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində bu ilin aprel ayından etibarən 45 minə yaxın vətəndaş platformada təqdim olunan təlimlərdən ödənişsiz yararlanaraq, 71 mindən çox təlimi uğurla başa vurub. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. “Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. Proqram SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. The post “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib appeared first on InfoCity....

“Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Milli Proqram istifadəçiləri Coursera platformasında rekord sayda kurs bitirib 09:07, 21 Сен “Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda — 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə...

Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar 17:07, 25 Авг Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi ...

Мессенджер Gem Space пирамида 09:45, 31 Окт Мессенджер Gem Space пирамида? Фраза «Gem Space пирамида» всё чаще всплывает в поиске, и это понятно: вокруг быстро растущих продуктов всегда накапливается шум. Но ярлык не равен фактам. Чтобы разобраться, достаточно трезво посмотреть на определения, на экономическую логику серви...

30 min vətəndaş Milli Proqram çərçivəsində təlimlərdən yararlanıb 20:07, 26 Авг 30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. “Milli Proqram”a qeydiyyat davam edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4Sİ...

Android-da Apple Handoff funksiyasının analoqu istifadəyə veriləcək 20:07, 29 Сен Android-da Apple Handoff funksiyasının analoqu istifadəyə veriləcək Google hazırda Apple Handoff funksiyasına bənzər öz ekosistem həllini Android üçün hazırlayır. Yeni funksiya istifadəçilərə işi smartfondan başlayıb planşetdə və ya kompüterdə heç bir əlavə addım və ya proqram olmadan davam etdirməyə imkan verəcək. ...

Google Translatedə Duolingo üslubunda İA-müəllim rejimi istifadəyə verildi 12:07, 28 Авг “Google Translate”də Duolingo üslubunda İA-müəllim rejimi istifadəyə verildi “Google Translate”in yeni funksiyası xarici dillərin öyrənilməsinə kömək etmək üçün nəzərdə tutulub. Xüsusi süni intellekt alqoritmi proqram tərtib edir, tərəqqini izləyir və öyrənmə prosesini konkret məqsədlərə uyğunlaşdıra bilir — ən əsası isə ist...