“Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. “Milli Proqram”a qeydiyyat davam edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir. Aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsi üzrə təlimlərə müraciət ediblər. Eyni zamanda, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, biznes, məntiq və riyaziyyat sahələri üzrə təlimlərə də müraciətlərin sayı artıb. Proqram çərçivəsində spesifik sahələr üzrə kursları bitirən 760 nəfərə “Rəqəmsal nişan” (Digital badge) verilib. Bu nişan “Coursera” platformasında tövsiyə edilən 38 istiqamət üzrə ən azı 3 və ya 4 kursu bitirmiş şəxslərə təqdim edilir. Ən çox “Rəqəmsal nişan” əldə olunmuş istiqamətlər: Biznes və sahibkarlıq: Süni intellekt, strategiya və sahibkarlıq — 77 nişan Rəqəmsal transformasiya: Dəyiş, innovasiya et, idarə et – 61 nişan Layihələrin idarəolunması: Strategiya və icra – 54 nişan Kibertəhlükəsizlik – kibermüdafiə: Hücumlardan öndə ol – 47 nişan Rəqəmsal marketinq: Strategiya və süni intellekt : 47 nişan “Milli Proqram” çərçivəsində 4SİM-in təşkilatçılığı ilə yerli ali təhsil müəssisələri və şirkətlər avqust ayından etibarən “Coursera” platformasında öz təlim və kurslarını yerləşdirməyə başlayıblar. Sumqayıt Dövlət Universiteti və “Safavy” onlayn təhsil platforması “Course Builder” aləti vasitəsilə artıq 20-dən çox təlimi “Coursera” platformasına inteqrasiya ediblər. Azərbaycan dilində təqdim edilən bu proqramlar yerli istifadəçilər tərəfindən maraqla qarşılanıb və artıq mindən çox istifadəçi bu təlimlərdən faydalanıb. “Coursera” platformasında Oksford, Stənford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Qeyd edək ki, “Milli Proqram” çərçivəsində “Coursera” platformasında 15 ən çox tələb olunan təlim Azərbaycan dilinə dublyaj olunub, 2500 kurs isə Azərbaycan dilində altyazı ilə təqdim olunur. (Kursların siyahısı — https://bit.ly/4ogG5Mw). “Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub. The post 30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Установить зарядной станции для электромобиля правильно...
- Pantum расширяет линейку для бизнеса: представлены новые А3 МФУ серии UTILITY с фокусом на безопасность и эффективность...
- Американский певец Джейсон Деруло повторил скандальный номер Егора Крида, из-за которого тот конфликтовал с Екатериной Мизулиной...
- Футбольный тренер Жозе Моуринью оставил счёт почти на 1 млн долларов за номер в Four Seasons после ухода из "Фенербахче"...
- В Китае представили новый Audi A6L: новая платформа, новая система помощи водителю от Huawei, новый салон и три мотора...
- Google Aluminium OS — новая операционная система для ПК на базе Android...
20:07, 22 Июн “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən...
11:07, 20 Дек NETTY2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilmişdir Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2025 Azərbaycan Milli İnternet Mükafatının 20-ci təqdimat mərasimi keçirilib. NETTY bu il müsabiqədə iştirak edənlər arasında ən yaxşı milli vebsaytları, sosial səhifələri və tətbiqləri mükafatlan...
14:14, 10 Дек Разработка технической карты сварки В производстве и строительстве ключевым фактором безопасности и качества является строгое соблюдение технологических процессов. Особенно это актуально для сварочных работ на объектах повышенной опасности, где малейшее отклонение от нормы может приве...
19:07, 11 Мар “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib. Təd...
13:36, 18 Дек Матрица судьбы как зеркало жизни и скрытых возможностей Интерес к самопознанию всегда был частью человеческой природы. В разные эпохи люди искали ответы в философии, религии и науке, а сегодня всё чаще обращаются к нумерологии. Одним из самых глубоких и наглядных инструментов считается Матрица судьбы на ...
20:07, 07 Май 4SİM və DİF “TradeTech” təşəbbüsü çərçivəsində Azərbaycanın rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələrini təqdim edib İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) birgə əməkdaşlığı çərçivəsində DİF-in “TradeTech” təşəbbüsü üzrə Azərbaycanda aparılan təhlillərin nəticələri ...
11:34, 24 Июл Sosial proqramlar çərçivəsində yaşlılara tibbi xidmət yaxşılaşdırıldı. Gənclər üçün təhsil qrantları artırıldı. Mədəniyyət evlərində konsertlər təşkil olundu və bu, əhalinin əhval-ruhiyyəsini yüksəltdi. Novqorod vilayəti dinamik inkişaf və müsbət dəyişikliklərlə dolu bir dövr yaşadı. Bölgənin iqtisadi həyatı canlandı, yeni investisiyalar axını müşahidə edildi və sosial layihələr geniş vüsət aldı. Yerli hakimiyyət orqanları əhalinin rifahını artırma...
11:11, 26 Июл Tamaşaçılar arasında ailələr və gənclər üstünlük təşkil edirdi. Yarışların nəticələri regionun idman infrastrukturunun inkişafına töhfə verdi. Bəzi idmançılar milli səviyyədə tanınma qazandı. Oryol vilayətində 2026-cı ilin ilk rübü bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Yanvar ayının əvvəlində vilayətin mərkəzi şəhərində yeni sənaye parkının açılışı keçirildi. Bu park yerli sahibkarlara və xarici investora imkanlar yaratmaq üçün n...
Топ новости часа