“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər. H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb. O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb. 10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq. Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır. Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur. The post “Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq appeared first on InfoCity....

“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq 02:07, 27 Дек İlon Mask: yaxın zamanda xAI güc baxımından bütün dünyanı geridə qoyacaq İlon Mask X sosial şəbəkəsində səsləndirdiyi iddialı açıqlamada bildirib ki, onun xAI şirkəti beş ildən də az vaxt ərzində dünyadakı bütün digər data-mərkəzlərin cəmi gücündən daha böyük hesablama gücünə sahib olacaq. Mask bu fikri xAI-nin strategiy...

Eyni zamanda kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar tətbiq olundu və fermerlər süni intellektlə idarə olunan traktorlardan istifadə etmə 16:44, 17 Авг Eyni zamanda kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar tətbiq olundu və fermerlər süni intellektlə idarə olunan traktorlardan istifadə etməyə başladılar. Bu yeniliklər məhsuldarlığı əhəmiyyətli dərəcədə artırdı və qışın sərt şəraitinə baxmayaraq ​2026-cı ilin ilk rübündə Rusiya Region 5-də qışın sərt soyuqları ilə başlayan bir dövr yaşandı ki, bu dövr ərazinin bütün sahələrində gözlənilməz dönüşlərə səbəb oldu və yerli sakinlərin həyatını kökündən dəyişdirən hadisələrlə dolu keçdi. Yanvarın...

Разработка технической карты сварки 14:14, 10 Дек Разработка технической карты сварки В производстве и строительстве ключевым фактором безопасности и качества является строгое соблюдение технологических процессов. Особенно это актуально для сварочных работ на объектах повышенной опасности, где малейшее отклонение от нормы может приве...

Bu əməkdaşlıq nəticəsində enerji sahəsində birgə layihələr başlandı. Neft və qaz hasilatı artırıldı, eyni zamanda alternativ enerji mənbələrinə keçid 22:01, 20 Июл Bu əməkdaşlıq nəticəsində enerji sahəsində birgə layihələr başlandı. Neft və qaz hasilatı artırıldı, eyni zamanda alternativ enerji mənbələrinə keçid sürətləndi. Günəş və külək stansiyaları tikildi ki, bu da ətraf mühitə qayğı göstərilməsini nümayiş etdir Bu müəssisələr minlərlə iş yeri yaratdı və regionun ixrac potensialını artırdı. Kənd təsərrüfatı sahəsində isə müasir texnologiyaların tətbiqi sayəsində məhsul istehsalı rekord səviyyəyə çatdı. Fermerlər yeni sort bitkilər və heyvan cinsləri ilə tan...

Матрица судьбы как зеркало жизни и скрытых возможностей 13:36, 18 Дек Матрица судьбы как зеркало жизни и скрытых возможностей Интерес к самопознанию всегда был частью человеческой природы. В разные эпохи люди искали ответы в философии, религии и науке, а сегодня всё чаще обращаются к нумерологии. Одним из самых глубоких и наглядных инструментов считается Матрица судьбы на ...