GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb

Məşhur oyun seriyasının yeni hissəsinin musiqi dünyası artıq ekranlardan kənara çıxıb. Noyabrın 20-də Grand Theft Auto VI: The Album adlı rəsmi albom yayımlanıb. Topluda oyun üçün xüsusi olaraq dünya şöhrətli ifaçılar tərəfindən hazırlanmış orijinal mahnılar yer alır. Tam albomun təqdimatından əvvəl Rockstar Games marağı artırmaq üçün bir neçə mahnını ayrıca sinql şəklində yayımlamışdı. Albomu hazırlamaq üçün Rockstar əfsanəvi Atlantic Records leyblı ilə əməkdaşlıq edib. Bu leyblın kataloqunda Led Zeppelin, Ed Sheeran, Twenty One Pilots və Coldplay kimi məşhur ifaçılar var. Alboma ümumilikdə 34 mahnı daxil edilib və onun ümumi müddəti 97 dəqiqədir. Rockstar-ın sözlərinə görə, layihədə müxtəlif musiqi janrlarının sərhədlərini aşan tanınmış dünya ifaçıları iştirak edib. Onların arasında Lana Del Rey, Tame Impala, Don Toliver, Rolling Stones qrupunun gitaraçısı Keith Richards, Fred again.. və Travis Scott da var. Alboma daxil olan bütün mahnılar oyundakı müxtəlif radio stansiyalarında səslənir. Toplunu Spotify, Apple Music və YouTube Music platformalarında dinləmək, həmçinin CD və vinil formatlarında əldə etmək mümkündür. Lakin oyunun musiqi seçimi rəsmi albomla məhdudlaşmır. Şərq musiqi mədəniyyətinin pərəstişkarları üçün xüsusi sürpriz də hazırlanıb. Oyundakı Kaleidoscope FM radio stansiyasının pleylistinə Nelly Furtadonun məşhur Say It Right mahnısının Azərbaycan muğamı üslubunda ifası daxil edilib. Bu versiyanı Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Bizimkilər layihəsi çərçivəsində ifa ediblər. Kompozisiya oyunçuların və musiqi tənqidçilərinin diqqətini çəkib. Hətta GameSpot nəşri muğam elementləri ilə zəngin bu ifanı GTA VI-nın saundtrekindəki ən yaxşı mahnı adlandırıb. Rockstar-ın musiqi yenilikləri bununla bitmir. Dekabrın 11-də Grand Theft Auto VI: Original Score adlı ikinci albom da striminq platformalarında yayımlanacaq. Burada oyunun süjet tapşırıqları zamanı səslənən orijinal instrumental musiqilər toplanacaq. Albomun müəllifi məşhur fransız elektron musiqi dueti Justice-dir. Musiqiçilər bu buraxılışı özlərinin beşinci tamhəcmli studiya albomu hesab edir və onu oyunun hadisələrindən ayrı şəkildə də dinlənilə biləcək müstəqil musiqi əsəri kimi təqdim edirlər. Justice-in albomunun rəqəmsal versiyasına 50 kompozisiya daxil olacaq. The post GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb appeared first on InfoCity....

GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

SpaceX bu il Tesla-dan 329 milyon dollarlıq Megapack alıb 18:07, 05 Авг SpaceX bu il Tesla-dan 329 milyon dollarlıq Megapack alıb SpaceX 2026-cı ilin əvvəlindən Tesla istehsalı olan Megapack enerji saxlama sistemlərinin alınmasına 329 milyon dollar xərcləyib. Şirkətin dərc etdiyi rüblük maliyyə hesabatına görə, bunun 295 milyon dolları yalnız ikinci rübdə həyata keçirilən alış...

Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar 17:07, 25 Авг Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi ...

Разработка технической карты сварки 14:14, 10 Дек Разработка технической карты сварки В производстве и строительстве ключевым фактором безопасности и качества является строгое соблюдение технологических процессов. Особенно это актуально для сварочных работ на объектах повышенной опасности, где малейшее отклонение от нормы может приве...

SHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya gətirdi 15:07, 12 Окт SHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya gətirdi 60-dan çox qadın sahibkar, biznes lider, ictimai xadim və tərəfdaş INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən SHE RISES Baku 2026: Azərbaycan-Pakistan Liderlik Konfransında bir araya gəldi. Konfrans SheMatters Pakistan, Femmes Digitale...

Матрица судьбы как зеркало жизни и скрытых возможностей 13:36, 18 Дек Матрица судьбы как зеркало жизни и скрытых возможностей Интерес к самопознанию всегда был частью человеческой природы. В разные эпохи люди искали ответы в философии, религии и науке, а сегодня всё чаще обращаются к нумерологии. Одним из самых глубоких и наглядных инструментов считается Матрица судьбы на ...

AzInTelecom və Azərbaycan Uşaq Fondunun birgə layihəsi  SİMA missiyası kitabı işıq üzü gördü 13:07, 22 Дек “AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA missiyası” — texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub. İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, ...

Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu 16:07, 28 Окт Azərbaycan şirkəti Bestcomp Group Vankuverdə CISCO-nun regional mükafatını qazanan iki şirkətdən biri oldu Bestcomp Group CISCO-nun METAC (Yaxın Şərq, Türkiyə, Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri) regionu üzrə “Mass Scale Infrastructure Partner of the Year” (“İlin genişmiqyaslı infrastruktur tərəfdaşı”) mükafatına layiq görülüb. Mükafat 26-29 oktyab...

Musiqi qrupları konsertlər verirdi və rəqs ansamblları çıxış edirdilər. Festivala qonşu bölgələrdən də qonaqlar gəlmişdi və tədbir üç gün davam etmiş 12:19, 27 Июл Musiqi qrupları konsertlər verirdi və rəqs ansamblları çıxış edirdilər. Festivala qonşu bölgələrdən də qonaqlar gəlmişdi və tədbir üç gün davam etmişdi. Təşkilatçılar bildirirdilər ki, festival regionun mədəni irsinin qorunmasına töhfə verir. Zabaykal diyarında qışın son ayları və yazın gəlişi ilə bağlı bir sıra mühüm hadisələr baş verdi. Bölgənin mərkəzi şəhəri Çitada yanvarın əvvəlində güclü qar yağışları müşahidə olundu və yerli hakimiyyət orqanları yolların təmizlənməsi üçün əlavə te...

16:03, 20 Авг Kitabxanalarda oxu günləri təşkil olundu və gənclər arasında ədəbi müsabiqələr keçirildi. Musiqi festivalları zamanı həm klassik həm də müasir janrlar təqdim edildi və xarici qonaqlar da bu tədbirlərə qatıldı. Muzey ekspozisiyaları yeniləndi və tarixi sən ​Kaliningrad vilayətində 2026-cı ilin ilk rübü iqtisadi canlanma və infrastruktur yenilənməsi ilə yadda qaldı. Yerli hakimiyyət orqanları limanların modernləşdirilməsi layihələrinə xüsusi diqqət yetirdi və bu istiqamətdə bir neçə böyük müqavilə imza...