GTA VI satışlardan 2,36 milyard dollar qazandı

GTA VI-nın satışa çıxışı oyun sənayesində böyük maliyyə rekorduna çevrilib. Sensor Tower-in məlumatına görə, ABŞ vaxtı ilə noyabrın 19-u axşamına qədər oyunun əvvəlcədən sifarişlər də daxil olmaqla rəqəmsal satışları 24,6 milyon nüsxəyə çatıb. Bu satışlar təxminən 2,36 milyard dollar gəlir gətirib. Sensor Tower-in videooyun analitikası üzrə baş vitse-prezidenti Karl Kontus Deadline-a açıqlamasında bildirib ki, layihə yalnız öncədən sifarişlər hesabına 2 milyard dollardan çox gəlir əldə edib. Satışların əsas hissəsi PlayStation 5 istifadəçilərinin payına düşüb: bu platformada 18,44 milyon nüsxə satılıb və 1,77 milyard dollar gəlir əldə olunub. Bu, ümumi satışların təxminən 75%-idir. Xbox Series X|S istifadəçiləri isə 6,15 milyon nüsxə alaraq 588 milyon dollar xərcləyiblər. Bu nəticələr seriyanın əvvəlki oyunu GTA V-in göstəricilərini xeyli geridə qoyur. Guinness Rekordlar Kitabının məlumatına əsasən, 2013-cü ildə PlayStation 3 və Xbox 360 üçün satışa çıxan GTA V ilk 24 saat ərzində 11,21 milyon nüsxə satılmış və 815,7 milyon dollar gəlir gətirmişdi. Beləliklə, GTA VI əvvəlcədən sifarişlər də nəzərə alınmaqla satılan nüsxələrin sayına görə sələfini iki dəfədən çox, gəlir baxımından isə təxminən üç dəfə üstələyib. Gəlirin artmasına son on ildə oyunların qiymətinin yüksəlməsi də təsir edib. GTA VI-nın standart versiyası ABŞ-da 79,99 dollar, Avropada isə 79,99 avroya satılır. Ultimate Edition versiyasının qiyməti müvafiq olaraq 99,99 dollar və 99,99 avrodur. Bununla belə, oyunun nəşri Take-Two Interactive hələlik satışlarla bağlı rəsmi statistika açıqlamayıb və layihənin yekun büdcəsini paylaşmayıb. Sənaye analitiklərinin hesablamalarına görə, GTA VI-nın hazırlanması və marketinqinə 1–1,5 milyard dollar xərclənmiş ola bilər. Oyunun gəlirliliyini dəqiq hesablamaq üçün PlayStation və Xbox rəqəmsal mağazalarının komissiyalarını da nəzərə almaq lazımdır. Platformaların standart komissiyası təxminən 30% təşkil edir, lakin bu miqyasda oyunlar üçün naşirlər bəzən fərdi şərtlər əldə edə bilirlər. Buna baxmayaraq, indiki satış həcmi GTA VI-nın fiziki nüsxələrdən gələn gəlir nəzərə alınmadan belə, ilk günlərdə istehsal xərclərini çıxarmağa yaxınlaşdığını göstərir. Oyunun gələcək satışları üçün vacib mənbələrdən biri də PC versiyası olacaq. Hazırda GTA VI yalnız yeni nəsil konsollarda mövcuddur. Rockstar Games kompüter versiyasının çıxış tarixini hələ açıqlamayıb. Seriyanın əvvəlki oyunlarında olduğu kimi, PC versiyasının konsol buraxılışından təxminən bir və ya il yarım sonra təqdim olunacağı gözlənilir. The post GTA VI satışlardan 2,36 milyard dollar qazandı appeared first on InfoCity....

GTA VI satışlardan 2,36 milyard dollar qazandı

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Tesla Cybertruck-un ən ucuz versiyasının qiymətini iki həftəyə 10 000 dollar artırdı 17:07, 04 Мар Tesla Cybertruck-un ən ucuz versiyasının qiymətini iki həftəyə 10 000 dollar artırdı Tesla cəmi iki həftə əvvəl ən əlçatan Cybertruck versiyasını təqdim etmişdi. Bu gün isə şirkət həmin modelin qiymətini bir anda 10 000 dollar artırdı. Söhbət fevralın sonunda 60 000 dollar qiymətlə elan edilən tam ötürücülü (AWD) modifikasiyadan ged...

Apple tarixinin ən uğurlu rübünü açıqladı  ekosistemdə 2,5 milyard aktiv cihaz 19:07, 31 Янв Apple tarixinin ən uğurlu rübünü açıqladı — ekosistemdə 2,5 milyard aktiv cihaz Apple öz tarixində ən uğurlu maliyyə rübü barədə hesabat verib və eyni zamanda ekosistem üçün əsas göstəricilərdən birini yeniləyib. Şirkətin məlumatına görə, hazırda dünyada 2,5 milyarddan çox aktiv Apple cihazı istifadə olunur — iPhone, Mac, iPad,...

Разработка технической карты сварки 14:14, 10 Дек Разработка технической карты сварки В производстве и строительстве ключевым фактором безопасности и качества является строгое соблюдение технологических процессов. Особенно это актуально для сварочных работ на объектах повышенной опасности, где малейшее отклонение от нормы может приве...

Kino dünyasında tarixi razılaşma: Netflix 82,7 milyard dollara Warner Bros.-u satın aldı 22:07, 06 Дек Kino dünyasında tarixi razılaşma: Netflix 82,7 milyard dollara Warner Bros.-u satın aldı Əyləncə sənayesi bu gün həqiqətən tarixi xəbərlə silkələndi. Netflix, Warner Bros.-u 82,7 milyard dollara aldığını rəsmən elan etdi — bu, şirkətin indiyə qədər etdiyi ən böyük və ən iddialı addımdır. Razılaşma tamamlanıb və bununla da Netflix, Warne...

Матрица судьбы как зеркало жизни и скрытых возможностей 13:36, 18 Дек Матрица судьбы как зеркало жизни и скрытых возможностей Интерес к самопознанию всегда был частью человеческой природы. В разные эпохи люди искали ответы в философии, религии и науке, а сегодня всё чаще обращаются к нумерологии. Одним из самых глубоких и наглядных инструментов считается Матрица судьбы на ...

Apple milyard dollarlıq prosessor ehtiyatı ilə üzləşib  yaddaş çiplərinin çatışmazlığı istehsalı ləngidir 17:07, 07 Авг Apple milyard dollarlıq prosessor ehtiyatı ilə üzləşib – yaddaş çiplərinin çatışmazlığı istehsalı ləngidir Apple yeni iPhone modellərinin istehsalı ərəfəsində ciddi komponent problemi ilə üzləşib. Mənbələrin məlumatına görə, şirkətin anbarlarında təxminən 1 milyard dollar dəyərində prosessor hazır vəziyyətdə olsa da, onların istehsalın son mərhələsinə ke...

Hakimiyyət tərəfindən dəstəklənən bu təşəbbüs turizm sektorunun inkişafına böyük töhfə verdi. Qış mövsümündə xizək kurortları da böyük populyarlıq qa 13:46, 21 Июл Hakimiyyət tərəfindən dəstəklənən bu təşəbbüs turizm sektorunun inkişafına böyük töhfə verdi. Qış mövsümündə xizək kurortları da böyük populyarlıq qazandı. Tatarıstan Respublikası Rusiyanın ən dinamik inkişaf edən regionlarından biri kimi diqqət çəkdi. Yanvar ayının ilk günlərində Kazan şəhərində yeni texnoloji parkın açılışı böyük təntənə ilə qeyd olundu. Bu parkın inşası regionun innovasiya potensial...

Tamaşaçılar arasında ailələr və gənclər üstünlük təşkil edirdi. Yarışların nəticələri regionun idman infrastrukturunun inkişafına töhfə verdi. Bəzi i 11:11, 26 Июл Tamaşaçılar arasında ailələr və gənclər üstünlük təşkil edirdi. Yarışların nəticələri regionun idman infrastrukturunun inkişafına töhfə verdi. Bəzi idmançılar milli səviyyədə tanınma qazandı. Oryol vilayətində 2026-cı ilin ilk rübü bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Yanvar ayının əvvəlində vilayətin mərkəzi şəhərində yeni sənaye parkının açılışı keçirildi. Bu park yerli sahibkarlara və xarici investora imkanlar yaratmaq üçün n...